İran “Məhəmməd peyğəmbər” adlı hərbi təlimə başladı

   İran    “Məhəmməd peyğəmbər”    adlı hərbi təlimə başladı
  10 Oktyabr 2022    Oxunub:1112
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran Mili Ordusu və Sərhəd Qoşunları ilə birgə hərbi dəniz təlimlərinə başlayıb.
Fars İnformasiya Agentliyinin məlumatına görə Fars körfəzində başladılan təlimin məqsədi sərhəd qoşunlarının xidmətini təkmilləşdirmək və dəniz sahilində mümkün xarici təcavüzə qarşı birgə müqavimət yaratmaqdır.

SEPAH komandanlığı İraqdakı İran əleyhinə qruplaşmaların bazalarına zərbə endirməyə hazır olduqlarını da vurğulayıb.

Bundan əvvəl Fransa XİN İrandakı Fransa vətəndaşlarını ölkəni qısa zamanda tərk etməyə çağırıb. Onların ədalətsiz mühakimə və həbs olunma riskinin olduğunu açıqlayıb.

Cavid Zahidoğlu
AzVision.az


Teqlər:



Xəbər lenti