Rusiya raketləri Moldova hava məkanını pozub

Rusiya raketləri Moldova hava məkanını pozub
  10 Oktyabr 2022    Oxunub:1269
Rusiyanın oktyabrın 10-u səhər saatlarında atdığı üç qanadlı raket Moldova hava məkanını pozub.
AzVision.az xəbər verir ki, bunu Moldovanın xarici işlər naziri Niku Popesku deyib.

Qeyd edilir ki, artıq Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov bu hadisə ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılıb.

"Moldova Respublikası hadisəni son dərəcə ciddi və kədərli hal hesab edir və şübhəsiz ki, bu, əlavə gərginliyə səbəb olur. Milli hava məkanımızın pozulması qətiyyən yolverilməzdir", - diplomat deyib.

Popesku Moldovanın öz hava məkanının pozulmasını qətiyyətlə pislədiyini və raketlərin ölkəsinin hava məkanına Ukraynaya bugünkü kütləvi hücum zamanı daxil olduğunu qeyd edib.

“Biz Rusiyanın Ukraynaya qarşı təcavüzünün davam etməsini pisləyirik”, - o vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Moldova  



Xəbər lenti