Lukaşenko: “Ukrayna Belarusa zərbə endirməyə hazırlaşır”

      Lukaşenko:    “Ukrayna Belarusa zərbə endirməyə hazırlaşır”
  10 Oktyabr 2022    Oxunub:3404
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Ukrayna ölkə ərazisinə zərbə endirməyə hazırlaşır.
Bu barədə “BelTA” məlumat yayıb. “Mən bayaq dedim ki, bu gün Ukrayna təkcə müzakirə etmir, Belarus ərazisinə zərbə endirməyi planlaşdırır. Təbii ki, ukraynalıların buna qətiyyən ehtiyacı yoxdur. Yaxşı, niyə cənub sərhədlərimizdə ikinci cəbhə açsınlar? niyə?”-deyə, o bildirib.

O, baş verənləri “dəlilik” adlandırıb və “prosesin başlandığını” qeyd edib: “Ukraynanı Belarusa qarşı müharibə etməyə sövq edirlər”.

AzVision.az


Teqlər:



Xəbər lenti