Malayziyanın baş naziri parlamenti buraxıb

   Malayziyanın baş naziri parlamenti buraxıb
  10 Oktyabr 2022    Oxunub:976
Malayziyanın baş naziri İsmayıl Sabri parlamentin buraxıldığını elan edib və qərar dərhal qüvvəyə minib.
Baş nazirin sözlərinə görə, bu qərarı Ali Seçilmiş Monarx Yanq di-Pertuan Aqonq təsdiqləyib. Sabri əlavə edib ki, parlamentin buraxılması mövcud hökumətin legitimliyi ilə bağlı sualları aradan qaldırmalıdır.

İndi Malayziyada 60 gündən gec olmayaraq növbədənkənar parlament seçkiləri keçirilməlidir.
Parlamentin buraxılması ilə bağlı qərar hakim koalisiyadakı bir neçə fraksiyaların növbədənkənar seçkilərin keçirilməsi üçün Sabriyə təzyiqi artırmasından sonra verilib. Malayziyada siyasi qeyri-sabitlik 2018-ci ildən bəri davam edir.


AzVision.az


Teqlər:



Xəbər lenti