Aİ Ukraynaya təxminən 18 milyard avro yardım edə bilər

   Aİ Ukraynaya təxminən    18 milyard avro yardım edə bilər
  10 Oktyabr 2022    Oxunub:1358
Avropa İttifaqı (Aİ) 2023-cü ildə Ukraynaya 18 milyard avroluq maliyyə yardımı üçün danışıqlar aparır.
Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb. Belə ki, Avropa Komissiyası (AK) Ukrayna üçün yeni maliyyələşdirmə təklifi hazırlayır və bu təklif oktyabrın 18-də rəsmən elan ediləcək, lakin tarix dəyişə də bilər.

AK Kiyevə lazımi vəsaitin ən azı yarısını, yəni 3-3,5 milyard avronu köçürməyi təklif edir. Bundan əvvəl Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb və o, Ukraynanın dağılmış infrastrukturunun bərpasına köməklik göstərəcəyini vəd edib.


AzVision.az



Teqlər:



Xəbər lenti