Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Astanada görüşəcəklər

   Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Astanada görüşəcəklər
  11 Oktyabr 2022    Oxunub:718
Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin növbəti görüşü oktyabrın 14-də Astanada keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Emənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan məlumat yayıb.

O qeyd edib ki, görüş Rusiya tərəfinin təşəbbüsü ilə baş tutacaq.

Xatırladaq ki, Sergey Lavrov, Ararat Mirzoyan və Ceyhun Bayramov sonuncu dəfə Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində üçtərəfli formatda görüşüblər.

AzVision.az



Teqlər: Astana  



Xəbər lenti