Putinin valideynlərinin qəbrini "təhqir edən" həbs olundu

 Putinin valideynlərinin qəbrini  "təhqir edən"  həbs olundu
  11 Oktyabr 2022    Oxunub:5862
Sankt-Peterburqda təqaüdçü qadın Putinin valideynlərinin məzarı üzərində “təhqiredici” fikirlər yazılmış kağız qoyduğuna görə saxlanılıb. AzVision.az xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Bildirilir ki, Primorski Rayon Məhkəməsi 60 yaşlı İrina Tsıbanevanın həbs müddətini 72 saat uzadıb. Onun əməli siyasi nifrət yaratmaqda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 244-cü maddəsinin 2-ci hissəsinin “b” bəndi -red.), dəfn yerlərini təhqir etməkdə şübhəli bilinir. Həbs müddətinin uzadılmasını müvafiq sənədləri toplamalı olan müdafiə tərəfi də dəstəkləyib.

Müstəntiqlərin sözlərinə görə , oktyabrın 6-da bir qadın Serafimovski qəbiristanlığında prezidentin valideynlərinin məzarı üzərinə təhqiramiz məzmunlu qeydlər qoyub. Hüquq-mühafizə orqanları bunu "cəmiyyətdə qəbul edilmiş normalara zidd olan kinli, əxlaqsız hərəkətlər" kimi qiymətləndiriblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti