ABŞ Türkiyə ilə “F-16” müqaviləsinə qoyulan məhdudiyyətləri aradan qaldırır

 ABŞ Türkiyə ilə “F-16” müqaviləsinə qoyulan məhdudiyyətləri aradan qaldırır
  12 Oktyabr 2022    Oxunub:1258
ABŞ Senatı Türkiyə ilə F-16 döyüş təyyarəsi ilə bağlı müqaviləyə dair qanun layihəsinin variantındakı məhdudlaşdırıcı şərtləri ləğv edib, Nümayəndələr Palatasından da oxşar hərəkət gözlənilir.
Bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti məlumat yayıb. “F-16-ların Türkiyəyə satışı ilə bağlı qanun layihəsinə əlavə edilən bütün məhdudlaşdırıcı maddələr Senatdakı qanun layihəsindən çıxarılıb. Senat qanun layihəsini tamamladıqdan sonra Nümayəndələr Palatasının versiyası ilə birgə təsdiq üçün ABŞ prezidenti Co Baydenə göndəriləcək”-deyə, nəşr bildirib.

Bir müddət əvvəl Türkiyənin müdafiə sənayesi departamentinin rəhbəri İsmayıl Dəmir CNN Türk telekanalına verdiyi açıqlamada Amerika F-16-larının alınması ilə bağlı razılaşmanın baş tutmaması halında ölkənin Rusiyadan Su-35 qırıcılarını almağı nəzərdən keçirə biləcəyini bildirmişdi.

AzVision.az


Teqlər:



Xəbər lenti