Krım körpüsü işi: 9 nəfər saxlanılıb, biri Ermənistan vətəndaşıdır

      Krım körpüsü işi:    9 nəfər saxlanılıb, biri Ermənistan vətəndaşıdır
  12 Oktyabr 2022    Oxunub:5181
Krım körpüsünü partlatmaqda şübhəli bilinən 9 nəfər saxlanılıb.
AzVision.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr mərkəzindən bildirilib. Körpünün partladılması ilə bağlı başladılan cinayət işi üzrə Rusiyanın 5, Ukraynanın 3, Ermənistanın isə 1 vətəndaşı saxlanılıb.

Bildirilib ki, partlayışı törədənlər, hadisənin törədilməsində iştirakçı olanlar, o cümlədən bu hadisə ilə əlaqəsi olan xarici ölkə vətəndaşları Rusiya qanunvericiyilinə uyğun olaraq məsuliyyətə cəlb olunacaq. Mərkəzdən bildirilib ki, Krım körpüsünə partlayıcı Ukraynanın Odessa vilayətinə Bolqarıstan, Gürcüstan və Ermənistan vasitəsilə göndərilib.

AzVision.az


Teqlər:



Xəbər lenti