ABŞ-ın müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

   ABŞ-ın müvəqqəti işlər vəkili XİN-ə çağırıldı
  12 Oktyabr 2022    Oxunub:3535
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb.
Bu, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin Azərbaycanın Vaşinqtondakı səfirliyinin avtomobilinin atəşə tutulması ilə bağlı məlumatında qeyd edilib. "Məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb, baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb", - qeyd olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti