KİV: Türkiyənin Aİ-yə daxil olması ilə bağlı danışıqlar dalana dirənib

      KİV:    Türkiyənin Aİ-yə daxil olması ilə bağlı danışıqlar dalana dirənib
  12 Oktyabr 2022    Oxunub:1042
Avropa Komissiyası (AK) Türkiyənin Avropa İttifaqı (Aİ) ilə üzvlük danışıqlarının hələ də çıxılmaz vəziyyətdə olduğunu bildirib.
Bu barədə “Die Welt” qəzeti məlumat yayıb. Qeyd olunub ki, Türkiyənin mühüm strateji rolu Avropa Komissiyası vacibdir. Belə ki, Aİ Şərqi Aralıq dənizində sabit və təhlükəsiz mühitdə, Türkiyə ilə əməkdaşlıq və qarşılıqlı maraqlara əsaslanan münasibətlərin inkişafında strateji baxımdan maraqlıdır: “Lakin bununla yanaşı, Avropa İttifaqı da öz maraqlarını və üzv dövlətlərin maraqlarını qorumağa hazırdır”- deyə, məlumatda vurğulanıb.

Bundan əlavə, AK Türkiyə hökumətinin Ukrayna münaqişəsində vasitəçilik səylərini yüksək qiymətləndirib. Eyni zamanda, Avropa Komissiyası Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı Türkiyənin mövqeyindən narazılığını bildirib.

AzVision.az


Teqlər:



Xəbər lenti