Peru prezidentə qarşı korrupsiya və sui-qəsd ittihamları irəli sürüldü

Peru prezidentə qarşı korrupsiya və sui-qəsd ittihamları irəli sürüldü
  12 Oktyabr 2022    Oxunub:779
Perunun baş prokuroru Patrisiya Benavidez prezident Pedro Kastilloya qarşı korrupsiya və sui-qəsd ittihamları irəli sürüb və Konqres bunları nəzərdən keçirməli olacaq.
AzVision.az xəbər verir ki, bu barədə baş prokuror tviter səhifəsində yazıb. “Bu gün biz Konqresə prezident Pedro Castillo və iddia edilən cinayət təşkilatının digər üzvlərinə qarşı konstitusiya şikayəti təqdim edirik. Dövlət başçısı hökumət üzvləri ilə əlbir olaraq dövlət müqavilələri ilə qanunsuz varlanma sxemi yaradıb”-deyə, o bildirib.

Qeyd edək ki, Peru konstitusiyasına görə, dövlət başçısına öz vəzifələrini yerinə yetirərkən ona qarşı ancaq dövlətə xəyanət, seçkilərə mane olmaq, parlamentin qanunsuz buraxılması və ya onun işinə mane olmaq ittihamları irəli sürülə bilər.

AzVision.az


Teqlər:



Xəbər lenti