"Dondurulan aktivlərimizin Kiyevə verilməsi banditizmdir" - Peskov

 "Dondurulan aktivlərimizin Kiyevə verilməsi banditizmdir" -  Peskov
  12 Oktyabr 2022    Oxunub:862
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov G7 ölkələrinin dondurulmuş Rusiya aktivləri hesabına Ukraynanın bərpası imkanlarını müzakirə etməsini tənqid edib.
AzVision.az xəbər verir ki, o, bunu son dərəcə mənfi hal kimi qiymətləndirib, Moskvanın buna neqativ yanaşdığını deyib. Peskov bu təşəbbüsü “təmiz banditizm” adlandırıb. Onun fikrincə, beynəlxalq forumlarda belə mövzuların müzakirə olunması böyük təəssüf doğurur və məlum təşəbbüs beynəlxalq quldurluq sayılmalıdır.

Xatırladaq ki, iyun ayında Avropa Parlamentinin üzvləri Ukraynanın bərpası üçün Rusiya Federasiyasının dondurulmuş aktivlərinin müsadirə edilməsi üçün hüquqi mexanizmin yaradılmasını təklif ediblər. Bu təşəbbüsü Avropa diplomatiyasının rəhbəri Josep Borrell də dəstəkləyib. Avropa Komissiyası dondurulmuş aktivlərin müsadirəsini qanuniləşdirmək niyyətindədir. Ukrayna həmçinin dəyən ziyana görə Rusiya tərəfindən kompensasiya ödənilməsi ilə bağlı BMT qətnaməsinin qəbul edilməsinə çalışır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  



Xəbər lenti