İtkin erməni əsgərin ailəsini aldadıb 5 milyon aldılar

   İtkin erməni əsgərin ailəsini aldadıb    5 milyon aldılar
  12 Oktyabr 2022    Oxunub:817
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) itkin düşən hərbçini pul müqabilində geri qaytarmağı təklif edən fırıldaqçını saxlayıb. AzVision.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
"Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin nümayəndələri ilə birgə müəyyən ediblər ki, Gümrü sakini B.P., X.Q.-nin qohumunun sentyabrın 13-də sərhəd toqquşmaları zamanı itkin düşdüyünü öyrənib. B.P. özünü qohumlara Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edərək köməklik təklif edib.

O, MTX-nin yüksək rütbəli general rütbəli zabitinə rüşvət vermək və itkin düşən şəxsin əsirlikdən azad edilməsini təşkil etmək üçün qohumlardan 5 milyon dram (12 min dollar-red.) tələb edib.

2022-ci il oktyabrın 11-də H.B. MTX əməkdaşlarının nəzarəti altında məbləğin bir hissəsini – 1,2 milyon dramı B.P.-yə köçürüb. Bundan dərhal sonra fırıldaqçı MTX tərəfindən saxlanılıb.", - məlumatda yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   İtkin  



Xəbər lenti