Ərdoğan Tokayevlə tennis oynadı - FOTOLAR

   Ərdoğan Tokayevlə tennis oynadı -    FOTOLAR
  12 Oktyabr 2022    Oxunub:1016
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada stolüstü tennis oynayıblar.
AzVision.az xəbər verir ki, Qazaxıstan prezidentinin İnstaqram səhifəsində dövlət başçılarının birgə oyununun fotoları yayılıb.

Kasım-Jomart Tokayev oyundan əvvəl Rəcəb Tayyib Ərdoğana 1-ci dərəcəli “Dostluq” ordeni təqdim edib.

Oktyabrın 12-13-də Qazaxıstanın paytaxtı Astana Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısına ev sahibliyi edəcək. Toplantıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir.








AzVision.az


Teqlər:



Xəbər lenti