Rusiyalı deputatlar Ukraynaya qarşı döyüşəcəkər

   Rusiyalı deputatlar Ukraynaya qarşı döyüşəcəkər
  12 Oktyabr 2022    Oxunub:3823
Rusiya Dövlət Dumasının deputatları Vitali Milonov (Vahid Rusiya) və Aleksandr Boroday (Birləşmiş Rusiya) Ukraynadakı müharibəyə qatılacaqlar.
Bu barədə Senator Andrey Turçak bildirib. Onun sözlərinə görə, hər iki deputat bu gün hərbi komissarlıqda olublar.

“Onlar bu mərhələyə müxtəlif yollarla və fərqli baqajla gəliblər. Aleksandr Boroday 2014-cü ildən “DXR”in müstəqilliyini müdafiə edir, zəngin döyüş təcrübəsinə malikdir və uzun illərdir ki, Donbas Könüllüləri İttifaqına rəhbərlik edir”, – Vahid Rusiya partiyaının mətbuat xidmətinin bəyanatında deyilir. Andrey Turçak qeyd edib ki, Vitali Milonovun "DXR xalq milisi"ndə xidmət təcrübəsi də var.

Vitali Milonov döyüş bölgəsinə göndərilməsini hələ sentyabrın 23-də elan etmişdi. Daha sonra onun Donbassdan hərbi formada fotoşəkilləri yayılmışdı. Lakin sentyabrın 30-da o, Moskvada “DXR, "LXR", Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsi haqqında sənədlərin imzalanması mərasimində iştirak etmişdi.

Deputat oktyabrın 4-də yenidən hərbi əməliyyat zonasına gedəcəyini vəd etmişdi.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti