Feysbuk izləyici sayındakı azalmalara aydınlıq gətirdi

   Feysbuk izləyici sayındakı azalmalara aydınlıq gətirdi
  12 Oktyabr 2022    Oxunub:1279
Facebook bu gün bəzi istifadəçilərdə izləyici sayında baş verən kütləvi azalmalara aydınlıq gətirib.
“Meta” şirkəti açıqlama yayaraq problemdən xəbərdar olduqlarını və bunun texniki xəta üzündən baş verdiyini bildirib. Şirkət baş vermiş narahatlığa görə üzr istəyib.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə,bəzi mənbələr baş verənləri Facebook-un son zamanlar botlardan istifadə edənlərə qarşı apardığı siyasətlə əlaqələndirib:

“Bir həftə öncə bəzi ABŞ media qurumların hesablarında da belə bir problem baş vermişdi.

Ümumiyyətlə, son zamanlar feysbuk hesabatlarından görünürdi ki, qurum botlardan istifadə edən 1.4 milyard istifadəçiyə qarşı tədbir görüb.

Son yarım ildə hətta milyarddan çox saxta Facebook profilinin silindiyi bildirilirdi”.

AzVision.az


Teqlər:



Xəbər lenti