Zelenski yenidən Yanukoviçə sanksiyalar tətbiq edib

   Zelenski yenidən Yanukoviçə  sanksiyalar tətbiq edib
  12 Oktyabr 2022    Oxunub:2333
Ukrayna prezidenti Vladimir Zelenski bir sıra rusiyalı və ukraynalı siyasətçi və sahibkarlara qarşı sanksiyalar tətbiq edib. Bu barədə TASS məlumat yayıb.
AzVision.az xəbər verir ki, yeni tətbiq edilən məhdudiyyətlər keçmiş lider Viktor Yanukoviçə, rusiyalı biznesmen Oleq Deripaskaya, ukraynalı iş adamı Sergey Kurçenkoya və Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının vitse-prezidenti Pavel Lebedevə şamil ediləcək.

Məhdudiyyətlər 10 il müddətinə tətbiq edilir və aktivlərin bloklanmasını, habelə onlardan hər hansı istifadə imkanından məhrum edilməsini nəzərdə tutur.

Zelenski artıq 2021-ci ilin aprelində Yanukoviçə qarşı sanksiyalar tətbiq edib. Daha sonra siyahıda Ukraynanın eks-prezidenti və Lebedevdən başqa Dövlət Dumasının keçmiş deputatı Natalya Poklonskaya da yer alıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti