Türkiyə şəhid verdi

   Türkiyə şəhid verdi
  12 Oktyabr 2022    Oxunub:984
Türkiyə ordusunun hərbi qulluqçusu İraqda şəhid olub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində çavuş rütbəli hərbçinin əldəqayırma bombanın partlaması nəticəsində ağır yaralandığı bildirilir.

Yaralı hərbçi xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti