Rusiyalı milyarderin oğlu "Twitch"i məhkəməyə verib

Rusiyalı milyarderin oğlu "Twitch"i məhkəməyə verib
  13 Oktyabr 2022    Oxunub:1293
Rusiyalı milyarder Konstantin Malofeyevin oğlu 27 yaşlı Kirill "Twitch" platformasını məhkəməyə verib. Mash-ın məlumatına görə, o, hesabının qaytarılmasını tələb edir.
Likkrit ləqəbi ilə tanınan Malofeyevin sözlərinə görə, hesab ABŞ Maliyyə Nazirliyinin sanksiyaları səbəbindən bloklanıb. Telegram kanalının məlumatına görə, Likkrit Moskva məhkəməsində iddia qaldırıb.

Malofeev "Twitch"in hesab açmaq üçün müqavilədən birtərəfli imtina etməsini etibarsız hesab etməyi tələb edir. Əgər platforma onun hesabını blokdan çıxartmaqdan imtina edərsə, iddiaçıya gündəlik 100 min rubl ödəməli olacaq. İddia ərizəsində qeyd olunur ki, gecikdirilən hər həftəyə görə cərimə ikiqat artırılacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti