"Kiyev ildırım sürətilə əks-hücum əməliyyatları keçirir" - Müharibə Araşdırmaları İnstitutu

"Kiyev ildırım sürətilə əks-hücum əməliyyatları keçirir" -  Müharibə Araşdırmaları İnstitutu
  13 Oktyabr 2022    Oxunub:6442
"Ukrayna döyüşçüləri Xerson və Luqansk vilayətlərində əks-hücumları davam etdirirlər. Rus işğalçıları isə müdafiəyə keçiblər".
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibələrin Araşdırılması İnstitutunun (ISW) hesabatında məlumat verilib.

Qeyd edilir ki, ukraynalı hərbçilər Xarkov vilayətində və Liman istiqamətində ildırım sürətli əks-hücum əməliyyatları keçirdikdən sonra Luqansk vilayətində Kremennaya və Svatovo istiqamətində də uğurlu şəkildə irəliləməyə davam ediblər. Burada da bir neçə yaşayış məntəqəsi azad edilib, ruslar maksimum dərəcədə müdafiə sistemi qurmağa çalışırlar.

"Putin general rotasiyaları ilə uğursuzluqlardan yayınmağa çalışır" - ISW
Analitiklər qeyd edirlər ki, Ukrayna qoşunları artıq Malinovkanın giriş nöqtələrinə (Svatovodan 44 km şimal-qərbə) Dvuxriçnıda (Svatovodan 54 km şimal-qərbdə) möhkəmləndirilmiş mövqelərə çatıblar.
Ruslar isə Kupyansk istiqamətində qapalı mövqelərdən atəş açmaqla, Svatovo-Kremennaya ərazisində müdafiə mövqelərini gücləndirərək, Kremennayanın qərbinə hücum etməyə cəhdlər edirlər.

Bu arada Ukrayna Silahlı Qüvvələri rus qoşunlarının Novosadovoyedəki qəfil təşkil olunan (Kremennayadan 16 km. qərbdə - red.) güclü hücumunu da dəf edə bilib. Baxmayaraq ki, rusların təbliğat maşınları “kəndin tutulması” barədə məlumatlar yayıblar, reallıq tam başqadır.


"Rusiya qüvvələri Ukrayna qoşunlarının irəliləyişini ləngitmək, bölmələri, müdafiə mövqelərini gücləndirərək təchiz etmək üçün vaxt udmağa çalışır və bu məqsədlə Kremennayanın qərbində əks-hücumlar keçirə bilərlər. Bununla belə, bölgədəki rus elementlərinin xeyli zəifləyəcəyi ehtimalı var", - analitiklər yazıblar.

Həmçinin Ukrayna əsgərləri Xerson vilayətində də əks-hücum əməliyyatını inkişaf etdirməyə çalışırlar. Oktyabrın 12-də Silahlı Qüvvələr Xerson vilayətinin şimal-qərbində və qərbində əks-hücum əməliyyatları keçirib. Hərbçilər bölgənin şimal-qərbində cəbhə xəttindən cənuba doğru irəliləyərək Dnepr çayının qərb sahili boyunca Milovıya doğru hücuma keçiblər.

Rusiyanın hərbi müxbirləri isə yazırlar ki, Ukrayna ordusu İşçenka və Kostromka istiqamətində onların hərbi birləşmələrinə hücumlar ediblər.

Analitiklər onu da xatırladıblar ki, artıq Ukrayna hərbi nümayəndələri Silahlı Qüvvələrin regionun şimalında beş yaşayış məntəqəsini azad etdiyini təsdiqləyiblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Əks-Hücum  





Xəbər lenti