|
| "Bayden Putinin Ukraynaya nüvə atacağına şübhə edir" - CNN |
- Bu addım ola bilsin ki, NATO- dan fiziki reaksiya doğuracaq. Bununla belə, Moskva nüvə təhdidlərindən ilk növbədə alyans və digər ölkələri birbaşa Ukraynaya qarşı müharibədə iştirakdan çəkindirmək üçün istifadə edir, - NATO rəsmisi deyib.
Məqalədə o da vurğulanır ki, Rusiyanın Ukraynada yeddi aydan çox davam edən işğal əməliyyatları zamanı Kreml canlı qüvvə və maddi cəhətdən böyük itkilərə məruz qalıb və son bir ayda bir neçə cəbhədə geri çəkilib.
Xatırladaq ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan etməklə yanaşı, Qərbi nüvə silahı ilə hədələdi. Bunun ardınca müharibə zamanı ələ keçirilmiş bəzi Ukrayna regionları rəsmən Rusiya ərazisi kimi tanındı. Bu kontekstdə Rusiya rəsmiləri də ölkə ərazisinə təcavüz olacağı təqdirdə nüvə silahından istifadə ediləcəyini bəyan etməyə başladılar.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


