İrəvanda etiraz aksiyası keçirilir - CANLI

   İrəvanda etiraz aksiyası keçirilir -    CANLI
  13 Oktyabr 2022    Oxunub:5390
Ermənistanın paytaxtı İrəvanda növbəti dəfə etiraz aksiyası keçirilir.
AzVision.az xəbər verir ki, bir qrup vətəndaş hökumət binası yaxınlığında toplaşaraq şüarlar, çağırışlar səsləndirirlər. Onların arasında Qarabağdan, Hadrutdan qaçan separatçılar da var. Bundan başqa döyüşlərdə öldürülən erməni hərbçilərin qohumları və itkin düşən hərbçilərin yaxınları da aksiyaya qoşulublar.


Son sərhəd toqquşmaları zamanı itkin düşmüş çağırışçı Vahe Torosyanın atası jurnalistlərə açıqlamasında deyib ki, dünən hərbçinin qohumlarının keçirdiyi etiraz aksiyasının nəticəsi olaraq müdafiə naziri Suren Papikyanla görüş reallaşa bilib. Bu gün isə onlara hökumətin iclasından sonra altı nəfərin qəbul ediləcəyi vəd edilib.

İtkin düşən erməni əsgərin yaxınları aksiya keçirirlər - VİDEO
- İndi gəlib bura toplanmışıq və bizə nə cavabverəcəklərini gözləyirik. Kiminlə görüşəcəyimi bilmirəm, sadəcə söz verdilər ki, məni qəbul edəcəklər. Artıq bir aydır hər gün eyni cavabları eşidirəm. Filan əraziyə daxil olmağımız, uşağınızı orada axtarmağımız üçün danışıqlar aparılır və s. Həm Müdafiə Nazirliyi, həm də Qırmızı Xaç hamısı eyni şeyi deyir, - Vahenin atası gileylənib.

Vahenin nənəsi də hökumətin yarıtmaz fəaliyyətini tənqid edib: “Biz deyirik ki, uşağımızla maraqlanıb problemləri həll edin. Cavab verirlər ki, o, neytral zonadadır. Xahiş edirəm, rəhbərlikə yalvarıram, vasitəçi olun, uşağı tapıb gətirin və bizə verin. Hər dəfə deyirlər ki, gözləyin. Nə qədər gözləmək olar axı? Həmişə başımızın altına yumşaq yastıq qoyub deyirlər ki, get, bu gün xəbər olacaq, sabah məlumat verəcəyik və s. Bizim uşağımız orada tək qalmayıb. Bəlkə başqa əsgərlər də var..."

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya  



Xəbər lenti