"Rusiyanın nüvə silahından istifadə etməsinə ehtiyac yoxdur" - Lukaşenko

 "Rusiyanın nüvə silahından istifadə etməsinə ehtiyac yoxdur" -  Lukaşenko
  14 Oktyabr 2022    Oxunub:1329
Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə etməyinə ehtiyac yoxdur.
Amerikanın NBC televiziya şirkətinə müsahibəsində dövlət başçısı vurğulayıb ki, Rusiya Federasiyasının rəhbərliyi Ukraynada heç vaxt nüvə silahından istifadə etməyi qarşısına məqsəd qoymayıb.

Eyni zamanda, onun sözlərinə görə, Rusiya öz mövqeyini açıq şəkildə ortaya qoyub:"Allah eləməsin, Rusiya Federasiyasının ərazisinə hücum olacaqsa, bu halda Rusiya lazım gələrsə, bütün növ silahlardan istifadə edə bilər”.

Lukaşenko xatırladıb ki, Rusiya Krım körpüsü partladılandan sonra Ukraynaya dəqiq zərbələr endirib:“Siz fərq etdiniz ki, bu bir gücdür. Və çox layiqli bir qüvvədir.

Ancaq bu, hamısı deyil. Rusiya, mən dəqiq bilirəm, ən müasir silah növlərinə malikdir. Və nüvə silahına ehtiyac yoxdur. Rusiya nüvə silahı olmadan da öhdəsindən gələcək”, - Belarus prezidenti bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti