O qeyd edib ki, Zəngəzur dəhlizi mövzusu Azərbaycan tərəfindən irəli sürülüb. Bu termin isə tarixi 9 noyabr bəyanatında yoxdur.
Tarasovun sözlərinə görə, məlum yolların Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) nəzarətində olacağı ideyası və şərti İranı qıcıqlandırır. Çünki Tehran Türkiyə və Azərbaycanın rusları ərazidən uzaqlaşdıracağından, yola nəzarət edə biləcəyindən və "türk körpüsü" yaradacağından ehtiyat edir.
![]() |
“Zəngəzur dəhlizi İranı narahat edir” - Səlcuq Çolakoğlu |
- İran bu vəziyyətlə barışa bilmir. 9 noyabr bəyanatı İrəvan, Moskva və Bakı arasında, həm də Türkiyənin dolayısı yolla iştirakı ilə imzalanıb. Putin bu prosesdə Türkiyənin birbaşa iştirakına imkan vermədi. Lakin bu, danışıqlara dəvət olunmayan İranın təsir imkanları olan bir sahə idi. Tehran hesab edir ki, Qarabağın statusunu müəyyən etməklə yanaşı, kommunikasiyalardan da danışmaq olar və s. Ancaq saziş onun iştirakı ilə imzalanmalıdır. İran sülh razılaşmasını tanımaya bilər. Bu isə, fəsadlar yaradacaq. Tehran hətta məlum zonaya qoşun da yeritməyə hazırdır. İrəvan və Bakı İranla da bu problemi həll etməlidir, - politoloq fikirlərinə əlavə edib.
Tural Tağıyev
AzVision.az