Bakı arxipelaqının ən böyük adası olan Böyük Zirə-Nargin adasında hazırlanacaq “Azərbaycan Mirvarisi" turizm layihəsinin dünyada analoqu yoxdur. Layihə ölkəmizə gələnləri heyrətə gətirəcək.
Bakının sahil xəttindən 10 km məsafədə yerləşən Nargin adasının turizm məqsədi ilə istifadəsi üçün layihə hazırlanır. "Azərbaycan mirvarisi" adlanan bu layihə həyata keçiriləndən sonra ölkəmizə turist axını da artacaq. Bura gələcək turistlər Azərbaycan mədəniyyəti və tarixi ilə tanış olacaqlar.