Putin Türkiyəni təriflədi: "Bura ən etibarlı marşrutdur"

   Putin Türkiyəni təriflədi:    "Bura ən etibarlı marşrutdur"
  13 Oktyabr 2022    Oxunub:1036
Rusiya prezidenti Vladimir Putin Astanada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. O, bəyan edib ki, Ankara qazla bağlı yeni ideyanı dəstəkləyərsə, Rusiya daha bir qaz kəməri sisteminin yaradılması və Türkiyədə qaz qovşağının ərsəyə gətirilməsi imkanlarını nəzərdən keçirməyə hazırdır.
Rusiya lideri Türkiyəni Avropaya qaz nəqli üçün ən etibarlı marşrut adlandırıb.

Putinin sözlərinə görə, Türkiyədə qurulacaq mümkün qaz qovşağı qazın qiymətini normal bazar səviyyəsində müəyyən etmək üçün platformaya çevrilə bilər. Rusiya prezidenti qeyd edib ki, qazın qiyməti indi müəyyən mənada sünidir, Türkiyədəki qaz qovşağında onu “siyasi çalarsız” müəyyən etmək mümkün olacaq.

“Birlikdə yarada biləcəyimiz bu qovşağın işi zamanı o, təkcə tədarük üçün deyil, həm də qiymətlərin müəyyənləşdirilməsi üçün platforma olacaq. Çünki bu, qiymət məsələsi çox vacib məsələdir" - Vladimir Putin qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Qaz   Marşrut   Putin   Türkiyə  



Xəbər lenti