Paşinyan Qazaxıstana gedib

   Paşinyan Qazaxıstana gedib
  13 Oktyabr 2022    Oxunub:993
Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstana səfər edib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti xəbər verir.
Onu Astana Beynəlxalq Hava Limanında Qazaxıstan Baş nazirinin birinci müavini Roman Sklyar qarşılayıb. O, MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.

Paşinyanla birgə Qazaxıstana baş nazirin müavini Mher Qriqoryan da gedib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan artıq Astanadadır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti