Ukrayna və Rusiya növbəti dəfə əsirləri dəyişdi

   Ukrayna və Rusiya növbəti dəfə əsirləri dəyişdi
  13 Oktyabr 2022    Oxunub:1019
Moskva ilə Kiyev arasında növbəti əsir mübadiləsi baş tutub. Rusiya 20 hərbçini geri qaytarıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
Oktyabrın 11-də Rusiya ilə əsirlərin mübadiləsi barədə Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak məlumat verib. O, azad edilən hərbçilər arasında Ukrayna Silahlı Qüvvələrinin zabit, çavuş və əsgərlərinin olduğunu, ümumilikdə 32 nəfərin Ukraynaya qayıtdığını bildirib. Onun sözlərinə görə, Kiyev həmçinin israilli Dmitri Fialokun cəsədini də geri alıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti