NATO-nun ehtiyatları artılır

   NATO-nun ehtiyatları artılır
  13 Oktyabr 2022    Oxunub:1122
Şimali Atlantika Alyansı (NATO) ölkələrinin müdafiə nazirləri silah-sursat və texnika ehtiyatlarının artırılması barədə razılığa gəliblər.
AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyans dövlətlərinin müdafiə nazirlikləri rəhbərlərinin Brüsseldə keçirilən iki günlük görüşünün yekunlarına dair mətbuat konfransında deyib:

"Bu gün biz imkanlarımızı gücləndirmək və NATO-nun müdafiə planlaması prosesini sürətləndirmək üçün silah- sursat və texnika ehtiyatlarını artırmaq, sənayeni uzunmüddətli tələbatla təmin etmək və hasilatı yüksəltmək qərarına gəldik”, - deyə o bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti