İraq parlamenti yeni prezidenti seçib

İraq parlamenti yeni prezidenti seçib
  13 Oktyabr 2022    Oxunub:1376
İraqın Nümayəndələr Şurası (parlament) Əbdüllətif Rəşidi ölkənin yeni prezidenti seçib.
AzVision.az xəbər verir ki, bu barədə İraqın “Rudau” telekanalı məlumat yayıb.

Gizli səsvermənin ikinci turunda o, son ana qədər - İraqın hazırkı prezidenti olan rəqibi Bərham Salehdən daha çox səs toplayıb.

2003-2011-ci illərdə su ehtiyatları naziri vəzifəsində çalışmış Rəşid səsvermənin ikinci turunda səs çoxluğunu qazanaraq İraq Respublikasının onuncu prezidenti olub.

AzVision.az


Teqlər:



Xəbər lenti