Dünya Bankı Ukraynaya daha 530 milyon dollar ayırır

   Dünya Bankı Ukraynaya daha 530 milyon dollar ayırır
  13 Oktyabr 2022    Oxunub:1333
Ukraynaya oktyabrın sonunadək beynəlxalq tərəfdaşlardan 530 milyon dollar məbləğində yeni maliyyə yardımı tranşı olacaq
AzVision.az xəbər verir ki, bunu Dünya Bankının prezidenti Devid Malpass brifinqdə deyib.

"Biz artıq Ukrayna hökumətinə 11 milyard dollar vermişik. Bu ayın sonuna qədər daha 530 milyon dollar göndəriləcək", - o deyib.

Malpass izah edib ki, 11 milyard dollar sentyabrın sonunda Dünya Bankının layihələri və trast fondları vasitəsilə Ukraynaya ayrılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti