“Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına çalışırıq” - Fəxrəddin Altun

   “Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına çalışırıq” -    Fəxrəddin Altun
  13 Oktyabr 2022    Oxunub:1247
Türkiyə olaraq Azərbaycan və Ermənistan arasında ədalətli sülhün əldə olunmasına çalışırıq.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun deyib. O bildirib ki, Türkiyə prezidentinin rəhbərliyi altında Rusiya-Ukrayna müharibəsini və bu müharibənin yaratdığı humanitar böhranı sona çatdırmaq üçün ilk gündən gərgin səylər göstərir.

"Bu səmimi səylər qlobal problemə çevrilən taxıl tədarükü üçün Türkiyənin himayəsi altında dəhlizin açılması və Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin reallaşması ilə nəticələndi.

Bu nəticələr təbii ki, xarici siyasətə baxışın və tendensiyaların beynəlxalq hadisələrlə uyğunlaşdırılması ilə əldə edilib. Biz beynəlxalq təhlükəsizliyin bərpası, terrorizmlə mübarizə və münaqişələrin sülh yolu ilə həlli üçün regional və qlobal səyləri davam etdirmək və gücləndirmək üçün ümumi öhdəliyimizi bir daha təkrar edirik" deyə Altun əlavə edib

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti