İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir - YENİLƏNİB

   İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir -  YENİLƏNİB
  14 Oktyabr 2022    Oxunub:1422
Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir. İclasda iştirak edən dövlət və hökumət başçıları birgə foto çəkdirdilər. Sonra MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış etdi. İclas işini geniş tərkibdə davam etdirir.

***

Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir.

AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir. İclasda iştirak edən dövlət və hökumət başçıları birgə foto çəkdiriblər. Sonra MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası işə başlayıb.



Sammitdə MDB-nin 2023-2025-ci illər üçün terrorizm və ekstremizmlə mübarizə üzrə yenilənmiş proqramı, MDB-yə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müşahidəçi statusunun verilməsi, MDB-yə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması müzakirə olunur.



AzVision.az



Teqlər:



Xəbər lenti