Putin İlham Əliyevlə Paşinyanı Rusiyada görüşə dəvət edib

   Putin İlham Əliyevlə Paşinyanı Rusiyada görüşə dəvət edib
  14 Oktyabr 2022    Oxunub:980
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyada görüşə dəvət edib.
Kreml rəhbəri bu təkliflə oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış edib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə deyib ki, Rusiya Ermənistan və Azərbaycana növbəti üçtərəfli sammitin keçirilməsini təklif etmək niyyətindədir, yaxın gələcəkdə onun keçirilmə tarixlərinin razılaşdırılması planlaşdırılır.

AzVision.az


Teqlər:



Xəbər lenti