Bunlardan biri də 19 yaşlı çağırışçı Şahen Sirekanyandır. Qeyd edilir ki, Şahen sentyabrın 13-də sərhəd təxribatlarının ilk günündəcə məhv edilib.
"Öldürülən əsgər Abovyan şəhərindəndir. Onun qardaşı Karen Sirekanyan da Şahenlə birgə Qafan hərbi hissəsində xidmət edirmiş. Məlum hərbi toqquşmalar başlayan kimi qardaşları fərqli müxtəlif mövqelərə aparıblar. Ölən əsgərin qardaşı müxbirimizlə söhbətində deyib ki, Şahen gecə saatlarında Nerkin Xenddəki mövqelərdən birində ölüb. Onun xidməti bitirməsinə 5 ayı qalıbmış. Qardaşı Şahenlə axırıncı dəfə danışanda o, döyüşə çıxdıqlarını deyib", - "News.am" yazıb.
Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətmişdi. Nəticədə yüzlərlə erməni əsgəri öldürüldü.
Tural Tağıyev
AzVision.az