30 minlik yalan: "Kosmosdayam, geri dönmək üçün pula ehtiyacım var"

      30 minlik yalan:    "Kosmosdayam, geri dönmək üçün pula ehtiyacım var"
  14 Oktyabr 2022    Oxunub:1478
"Kosmosdayam, dünyaya geri dönmək üçün pula ehtiyacım var". Yaponiyada saxta kosmonovtın fırıldaqçılığı geniş müzakirələrə səbəb olub.
AzVision.az xəbər verir ki, 65 yaşlı qadın bu yaxınlarda cazibə qüvvəsinə meydan oxuyan onlayn fırıldaqda 30.000 dollarını itirib. Yerli mətbuatın yazdığına görə, fırıldaqçı qadını Rusiya kosmonavtı olduğuna və Yerə dönüş biletini ödəyə bilmədiyinə inandırıb.

Belə ki, qadın saxta kosmonavtla 28 iyunda instagramda tanış olub. Fırıldaqçı ona Beynəlxalq Kosmik Stansiyada (BKS) kosmonavt olduğunu deyib.



Bəzən danışarkən rabitənin itməsini orbitdəki kosmik stansiyanın zəif mobil xidməti olması ilə əlaqələndirib. "Kosmonavt" dünyay geri döndükdən sonra qadınla evlənəcəyini deyib. Ona "sevgi"sini etirfa edərək münasibətlərini bir az daha yaxınlaşdırıblar.



Ancaq o, böyük probleminin olduğunu vurulayıb və dünyaya qayıtması üçün pul lazım olduğunu bildirib. Yaşlı qadın gələcək "əri" ilə görüşmək üçün 30 min dolları göndərib. Amma müəyyən zamandan sonra "sevgilisi"nə qovuşa bilməyən qadın aldanıldığını başa düşüb.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti