Ərdoğan və Paşinyan razılığa gəldilər

   Ərdoğan və Paşinyan razılığa  gəldilər
  14 Oktyabr 2022    Oxunub:880
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan münasibətlərin normallaşdırılması üçün görüşlərin hər iki ölkənin ərzaisində keçirmək barədə razılığa gəliblər". AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.
"Normallaşma görüşlərimizdən dördü, təəssüf ki, üçüncü ölkələrdə keçirilib. Praqada prezidentimizin Paşinyanla görüşündə Türkiyə və Ermənistan ərazilərində görüşlərin keçirilməsi ilə bağlı razılıq əldə olunub", - Çavuşoğlu bildirib.

Oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ilk görüş baş tutub.

2021-ci ilin dekabrında Ermənistan və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələrini təyin ediblər.

Ermənistanı parlamentin vitse-spikeri Ruben Rubinyan, Ankaranı ABŞ-dakı keçmiş səfir Serdar Kılıç təmsil edib. Diplomatlar artıq dörd raund danışıqlar keçiriblər, birinci görüş Moskvada, digər üç görüş isə Vyanada keçirilib. Bundan əlavə, Ermənistanın baş naziri ilə Türkiyə prezidenti arasında ilk telefon danışığı iyul ayında baş tutub.

Qeyd edək ki, iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti