Ərdoğan və Paşinyan razılığa gəldilər
Oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ilk görüş baş tutub.
2021-ci ilin dekabrında Ermənistan və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələrini təyin ediblər.
Ermənistanı parlamentin vitse-spikeri Ruben Rubinyan, Ankaranı ABŞ-dakı keçmiş səfir Serdar Kılıç təmsil edib. Diplomatlar artıq dörd raund danışıqlar keçiriblər, birinci görüş Moskvada, digər üç görüş isə Vyanada keçirilib. Bundan əlavə, Ermənistanın baş naziri ilə Türkiyə prezidenti arasında ilk telefon danışığı iyul ayında baş tutub.
Qeyd edək ki, iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


