Putin Makronun Qarabağla bağlı açıqlamasından təəccüblənib

   Putin Makronun Qarabağla bağlı açıqlamasından təəccüblənib
  14 Oktyabr 2022    Oxunub:1072
Rusiya prezidenti Vladimir Putin Fransa prezidenti Emmanuel Makronun Rusiya Federasiyasının Qarabağda dağıdıcı rolu ilə bağlı dediklərini yanlış və qəbuledilməz adlandırıb.
“Dünən Fransa prezidentinin oktyabrın 6-da Praqada keçirilən görüşün nəticələri ilə bağlı bəzi şərhlərini oxuyanda təəccübləndim.

Düşünürəm ki, bu bəyanatlarda münaqişənin gedişatı ilə bağlı heç bir anlayış yoxdur”, - deyə Putin qeyd edib və Makronun, görünür, tərəflərin mövqeyi barədə məlumatı olmadığını bildirib.

Putinin sözlərinə görə, Makronun dedikləri nəzakətsiz səslənir.

"Mən hətta təhrif deyərdim, ona görə də qəbuledilməzdir”, - Rusiya prezidenti əlavə edib.

"İmkan olacaq, biz Fransa prezidenti ilə müzakirə edəcəyik", - Putin vurğulayıb və əlavə edib ki, "Rusiya həmişə səmimi olaraq istənilən münaqişəni, o cümlədən Qarabağla bağlı və onun ətrafındakı məsələləri həll etməyə çalışıb".

Ümumiyyətlə, MDB məkanındakı münaqişələrdən danışan Rusiya lideri qeyd edib ki, Moskva vəziyyətin sakitləşməsinə, istənilən ziddiyyətlərin və münaqişələrin bütün iştirakçılarının xeyrinə olan vasitəçilik səylərini alqışlayır.

"Bu, həm də istənilən yerdən - ABŞ-dan, Avropadan olan tərəfdaşlarımıza aiddir", - Putin yekunlaşdırıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti