Aİ yaxın vaxtlarda Ukraynaya üç tranşla 5 milyard avro verəcək

   Aİ yaxın vaxtlarda Ukraynaya üç tranşla 5 milyard avro verəcək
  14 Oktyabr 2022    Oxunub:1492
Avropa İttifaqı 9 milyard avroluq maliyyə yardımı paketinə daxil olunan və Ukraynaya vəd etdiyi 5 milyard avronu təqdim edə bilər.
Bu barədə “Bloomberg” məlumat yayıb. Söhbət bu ilin yazında assosiasiyada iştirak edən ölkələrin razılaşdığı Kiyevə maliyyə dəstəyindən gedir. İlkin olaraq, yaxın günlərdə Aİ Ukraynaya 2 milyard avro, daha sonra noyabrın ikinci yarısında daha 2,5 milyard avro ayıracaq. Dekabrda Ukrayna paytaxtına 500 milyon avronun ayrılması da planlaşdırılır.

Agentliyin əlavə etdiyi kimi, əməliyyatların aparılması ilə bağlı fikir ayrılıqları fonunda Avropa ölkələri ödəniş cədvəli ilə bağlı razılığa gələ bilməyib.

AzVision.az


Teqlər:



Xəbər lenti