Türkiyədə mədəndə partlayış oldu

Türkiyədə mədəndə partlayış oldu
  14 Oktyabr 2022    Oxunub:1075
Türkiyənin Bartın şəhərinin Amasra rayonunda yerli saatla 18:45-də mədən karxanasında partlayış baş verib.
AzVision.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, yerin altında fəhlələrin olduğu bildirilib.

Hadisə yerinə çox sayda təcili yardım maşınları göndərilib.

Bartın valisi Nurtaç Arslan partlayışın hansı səbəbdən baş verdiyinin hələlik məlum olmadığını qeyd edib.

AzVision.az



Teqlər:



Xəbər lenti