"Rusiya nüvə silahları ilə ABŞ və Avropanı yerlə yeksan edə bilər" - İlon Mask
"Rusiyanın nüvə raketləri ilə ABŞ və Avropanı 30 dəqiqədən az müddətdə tamamilə məhv etmək imkanı var və əksinə,”
O, tvitində Kanadadan olan bir iş adamı olan Aleksandr Torvill (Alexandre J. Tourville) işarələyib.
Qeyd edək ki, oktyabrın əvvəlində Mask Ukrayna ilə bağlı sülh planını açıqlayıb. Belə ki, milyarder BMT-nin nəzarəti altında Rusiyanın tərkibinə daxil olan regionlarda təkrar seçkilərin keçirilməsini təklif edib. Eyni zamanda, o qeyd edib ki, Krım “1783-cü ildən olduğu kimi” Rusiya Federasiyasının tərkibində qalmalı, yarımadanın su təchizatına zəmanət verilməli, Ukraynaya isə neytral status verilməlidir.
Aytən Zəhra
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


