Ukrayna Rusiyanın müharibədəki itkilərini açıqlayıb

Ukrayna Rusiyanın müharibədəki itkilərini açıqlayıb
  15 Oktyabr 2022    Oxunub:1184
Ukrayna silahlı qüvvələri son sutkada düşmənin 12 sursat anbarını məhv edib, 9 pilotsuz təyyarəni vurub.
AzVision.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələrinin Baş Qərargahının hesabatında qeyd edilib.

Baş Qərargahın məlumatına görə, son sutka ərzində müdafiə qüvvələrinin təyyarələri 30-a yaxın zərbə endirib. Düşmənin 25 silah və hərbi texnikanın cəmləşdiyi ərazinin, həmçinin üç zenit-raket kompleksinin məğlubiyyəti təsdiqlənib.

Baş Qərargah həmçinin bildirib ki, raket qoşunları və artilleriya qurğuları sutka ərzində 4 komanda məntəqəsi, 15 canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi ərazi, 12 sursat anbarı, bir artilleriya qurğusu və 20 digər mühüm hədəfi vurub.

AzVision.az



Teqlər:



Xəbər lenti