Hərbi sirləri 200 dollara satan erməni zabit saxlanılıb

   Hərbi sirləri    200 dollara satan    erməni zabit saxlanılıb
  15 Oktyabr 2022    Oxunub:1965
Ermənistanın Müdafiə Nazirliyinin bölmələrindən birinin tağım komandiri dövlətə xəyanətdə ittiham edilərək saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb. Bildirilib ki, hərbçi “Odnoklassniki” sosial şəbəkəsi vasitəsilə xarici kəşfiyyat xidmətinin nümayəndəsi ilə görüşüb.

Məlumata görə, Ermənistan ordusunda müqaviləli əsaslarla xidmət aparan hərbçi 2022-ci ilin yanvar-iyun aylarında həmin şəxsə dövlət və rəsmi sirr təşkil edən müxtəlif sənədlər verib. Sənədlərdə hərbi hissə, döyüş mövqelərinin adları, rabitə kanalları, komanda və müşahidə məntəqələri, interpozisiya məsafələri, onların texnikası və bir sıra digər məlumatlar olub.

Qeyd edilib ki, tağım komandiri Ermənistanın xəyanətin qarşılığında 200 dollar (iki dəfə 50 dollar və bir dəfə 100 dollar) alıb.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti