"Rusiya "Starlink"i “öldürməyə” çalışır" - Mask
!["Rusiya "Starlink"i “öldürməyə” çalışır" - Mask "Rusiya "Starlink"i “öldürməyə” çalışır" - Mask](https://azvision.az/photos/2022/10/1665821149.jpg)
Milyarderin sözlərinə görə, Starlink hazırda cəbhədə iştirak edən yeganə rabitə sistemidir, “qalan hamı ölüb”.
Mask, dünən Ukraynada peyk xidmətləri üçün artıq vəsait ödəməyəcəyi ilə bağlı Pentaqona bildiriş məktubu göndərib. Məktubu göndərməzdən əvvəl o, Twitter-də Ukraynanın Almaniyadakı səfiri Melnikin "məsləhətinə əməl edirik" yazıb.
Xatırladaq ki, bir neçə gün öncə Maskın Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh planı təklif edib. Milyarderin “planını” şərh edən Ukraynanın keçmiş səfiri Andriy Melnik amerikalıya nalayiq söyüşlər yağdırıb və ona “rədd olmağı” tövsiyə edib.
AzVision.az
Teqlər: