“Drujba” neft kəmərində sızma dayandırılıb

“Drujba” neft kəmərində sızma dayandırılıb
  15 Oktyabr 2022    Oxunub:1710
“Drujba” kəmərinin zədələnmiş hissəsi bərpa edilib, qərb hissəsinin iki boru kəməri, o cümlədən Almaniyaya neft tədarük edən xətt vasitəsilə neftin nəqli bərpa edilib.
AzVision.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” Polşanın PERN operatorunun bəyanatına istinadən məlumat yayıb.

Eyni zamanda, şirkətin mətbuat xidməti bildirib ki, sızmaya yol açan səbəblər araşdırılır.

“Hazırda PERN xidmətlərinin fəaliyyəti ərazinin təmizlənməsi və ilkin vəziyyətinə qaytarılmasına yönəlib”, - müraciətdə əlavə edilib.

AzVision.az



Teqlər: Polşa   Kəmər  



Xəbər lenti