Pandemiya Avropada doğuşu 14 % azaldıb

 Pandemiya Avropada  doğuşu 14 % azaldıb
  15 Oktyabr 2022    Oxunub:1154
Avropada pandemiya səbəbindən doğum səviyyəsi 14 % azalıb.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, pandemiyadan əvvəl Avropada illik azalma 3 % idi.

Koronavirusun yayılması zamanı bu rəqəm 14 %-ə çatıb. İsveçrəli tədqiqatçılar bu göstəricinin birbaşa xəstəliklə əlaqəli olduğuna inanırlar.

Alimlərin fikrincə, ən böyük azalma 9-10 aylıq sərt karantin məhdudiyyətlərinin tətbiq edildiyi 2021-ci ilin yanvarında qeydə alınıb. Xüsusilə Litvada doğum səviyyəsi 28 %, İspaniyada 24 % azalıb. Eyni zamanda, qadağaların tətbiq olunmadığı İsveçrədə doğum nisbəti dəyişməyib.

Tədqiqatçıların fikrincə, insanlar sağlamlıq problemləri, stres və sosial-iqtisadi böhran fonunda hamiləliyin planlaşdırılmasını ertələmək qərarına gəliblər.

AzVision.az



Teqlər: Avropa   Pandemiya   Doğuş  



Xəbər lenti