İsrail mədən qəzası ilə bağlı Türkiyəyə kömək təklif edib

İsrail mədən qəzası ilə bağlı Türkiyəyə kömək təklif edib
  15 Oktyabr 2022    Oxunub:1408
İsrail hökuməti kömür mədənində baş vermiş qəza ilə bağlı Türkiyəyə köməyə hazır olduğunu bəyan edib.
AzVision.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Yair Lapid tviterdə bildirib.

"İsrail Bartın vilayətində baş verən dəhşətli faciədən sonra Türkiyənin yanındadır. Mən Mövlud Çavuşoğluna həlak olanlarla bağlı başsağlığımızı çatdırdım, yaralananlara şəfa dilədim", - Lapid yazıb.

Xatırladaq ki, bu gecə Türkiyənin Bartin şəhərindəki mədəndə baş vermiş partlayış nəticəsində 41 nəfər ölüb.

AzVision.az



Teqlər: İsrail   Türkiyə  



Xəbər lenti