Rusiyalı hakerlər prezidentin saytına hücum etdilər
"Kiberhücum Rusiyanın Maqnitoqorsk şəhərindən törədilib. Bunun bir haker, yoxsa bir qrup haker tərəfindən həyata keçirildiyi bəlli deyil", - Bolqarıstan Baş prokurorunun müavini Borislav Sarafov deyib.
O xatırladıb ki, bu, Rusiya Federasiyası tərəfindən ilk kiberhücum deyil. Bu ilin aprelində ruslar ölkənin rəsmi strukturlarının saytlarına hücum ediblər.
Zamanla məlum olub ki, Bolqarıstana edilən kiberhücuma görə məsuliyyəti Rusiyanın Killnet qrupu öz üzərinə götürüb. Hücumun motivi Rusiyaya qarşı xəyanət və Ukraynaya silah tədarükü olub.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


